Azərbaycan Dünya Kubokuna bir idmançı ilə yollanır

  • Müəllif: admin
  • 12 Fevral 2018 12:50

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku turniri keçiriləcək.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan 12 gün davam edəcək yarışa cəmi 1 snayper sifariş edib.

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq.

Gununsesi.info