Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir – İlham Əliyev

  • Müəllif: Orxan
  • 26 Sentyabr 2026 10:16

“Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür.

Prezident deyib ki, Azərbaycanın bağladığ müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır. Onun bir sözü də, bir vergülü də dəyişməyib və bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir. Beləliklə, bizim çox güclü portfelimiz var”.

İlham Əliyevin sözlərinə görə, indi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir.

“Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Gununsesi.info