“Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir”

  • By admin
  • 09 Noyabr 2021 21:23

“Qarabağ müharibəsindən sonra atəşkəs regiona yeni imkanlar gətirib”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

“Türkiyə-Ermənistan əlaqələri normallaşma mərhələsinə daxildir. Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın səmimi addımlar atdığı təqdirdə əlaqələrimizi tədbirli formada normallaşdıra biləcəyimizi deməsi çox önəmlidir. Bu mənada Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı normallaşma mərhələsi inkişaf etməlidir. Minsk Qrupu həmsədrləri və ATƏT Parlament Assambleyası yeni həqiqətləri nəzərə alaraq keçmişdə niyə nəticə əldə edilmədiyini yaxşı təhlil etməlidir”, – deyə TBMM sədri bildirib.

Gununsesi.info