Azərbaycan Gürcüstandakı yanğını söndürmək üçün helikopter göndərdi

  • By admin
  • 23 Sentyabr 2017 18:15

1506096750_waghveri_01
Gürcüstan hökumətinin müraciətinə əsasən Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, bu gün nazirliyin xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri Gürcüstan istiqamətində yola düşüb.

 

Gununsesi.info