Azərbaycan Gürcüstandan 417 ton şaftalı idxal edib

  • By admin
  • 15 İyul 2020 14:01

Gürcüstandan Azərbaycana 417 ton şaftalı ixrac olunub.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İyulun 14-nə olan məlumata əsasən, Gürcüstandan ixrac olunan şaftalının 7%-i Azərbaycanın payına düşüb.

Qonşu ölkə, ümumilikdə, 6 179 ton şaftalı ixrac edib ki, bu da illik müqayisədə 640 ton çoxdur.

Azərbaycanla yanaşı, gürcü şaftalısının əsas idxalçıları Rusiya (3 796 ton) və Ermənistan (1 857 ton) olub.

 

 

Gununsesi.org