Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə təhvil verildi

  • By admin
  • 13 Sentyabr 2016 13:35

225a2abd92df03923e1286bd8b65c140

Sentyabrın 12-də Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə təhvil verilib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, İranın Azərbaycandakı səfirliyində faktı təsdiqləyiblər. Bildirilir ki, bu, iki ölkə arasında məhbusların ekstradisiyasına dair razılaşma üzrə 22-ci ekstradisiya halıdır.

Məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığı ilə əlaqədar həbs olunub. Təhvilvermə prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub və prosesdə İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali iştirak edib.

Gununsesi.info