Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

  • By admin
  • 26 Sentyabr 2022 19:26

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyindədir.

Gununsesi.info bu barədə “Global Firepower” beynəlxalq reytinq şirkətinə istinadən xəbər verir.

Belə ki, Azərbaycan reytinq siyahısında 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Qonşu Gürcüstan 88-ci, Ermənistan isə 98-cidir.

Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi əsas götürülür.

Gununsesi.info