Azərbaycan heç bir güc mərkəzinin marağını ifadə edən platsdarm rolunu oynamır - AZAY QULİYEV

  • By admin
  • 22 Fevral 2017 10:44
azay
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında  səsləndirdiyi bəyanatlar hətta, Avropada və dünyada ciddi rezonansa  və müsbət əks reaksiyalara səbəb oldu.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında   Azərbaycanın  dünyanın təkcə enerji təhlükəsizliyinin təmin olunmasında deyil, eyni zamanda,  ciddi problemlərin həllində müstəsna rol oynaması, güc mərkəzləri və ölkələri arasındakı problemlərin çözümündə vasitəçilik missiyası ilə bağlı  verdiyi mesajları şərh edərkən  deyib.
Onun sözlərinə görə,  dövlət başçısı İlham Əliyevin belə mötəbər tribundan  dünya ictimaiyyətinə səsləndirdiyi bu tezislər və mesajları  Azərbaycan dövlətinin uzunmüddətli həyata keçirdidi məqsədyönlü siyasətin nəticəsi və bəhrəsi kimi dəyərləndirir.
foto-ilya-5
“Belə ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən, milli mənafelərə söykənən və peşəkarcasına  yürütdüyü siyasəti nəticəsində dünyadakı bütün güc mərkəzləri ilə eyni məsafədə dayanaraq, qarşılıqlı maraqlara dayanan əməkdaşlıq quruldu. Bu siyasət Azərbaycan kimi mürəkkəb geosiyasi, geoiqtisadi bir coqrafı məkanda yerləşən ölkə üçün elə də asan görünməsin. Çox nadir ölkələr ola bilər ki, belə mürəkkəb coğrafi məkanda yerləşib, həm öz milli, həm də digər güc mərkəzlərinin maraqlarına ziyan vurmadan bərabər səviyyədə balanslaşdırılmış siyasət yürütsün.
Bu, böyük peşəkarlıq tələb edir ki, bunu da Azərbaycan Prezidenti İlham Əliyev bacardı. Məhz Prezident İlham Əliyev belə bir siyasətin müəllifi olmaqla, Azərbaycanı beynəlxalq aləmə, özünü etibarlı tərəfdaş ölkə kimi təqdim etməyi bacardı. Azərbaycann beynəlxalq aləmdə böyük nüfuz sahib olmasına gətirib çıxardı. Məhz bu uğurlu  siysət nəticəsində dünyanın güc mərkəzlərinin Azərbaycana hörmət etməsi ilə yanaşı, onunla  etibarlı tərəfdaş kimi çıxış etməsinə nail olundu”- deyə, millət vəkili vurğulayıb.
A.Quliyev əlavə edib ki, məhz bu siyasətin real nəticəsi olaraq, dünyanın  nəhəng ölkələri hesab edilən ABŞ-la Rusiya öz ixtilaflarını çözmək  və qarşlıqlı əməkdaşlıqlarının perspektivlərini müzakirə etmək üçün Bakıda bir araya gəlməyə qərar verdilər:
“Xüsusən də ən həssas məsələ olan hərbi sferanın rəhbərlərinin Bakıda bir  araya gəlməsi  Azərbaycanın etimad və inam məkanı olduğundan dünyanın hətta, nizamına təsir edə biləcək məsələlərin müzakirə edildiyi yer anlamını bir daha təsdiq etmiş oldu. Azərbaycanın güvəniləsi bir ölkə olduğunu sübut etdi. Bu və digər məsələlər bir daha Azərbaycanın  beynəlxalq aləmdə nə qədər  etirbarlı rola malik olduğunu göstəmiş oldu.
Azərbaycan Prezidentinin Münhen Təhlükısizlik Konfransında da buna yönəlik bəyantlar səsləndirməsinin əsası var idi  və bu mesajla dövlət başçısı Azərbaycanın dünyada hansı rola malik ölkə olduğunu nümayiş etdirdi. Yəni, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha onu sübut etdir ki,  bu siyasət Azərbaycanın beynəlxalq aləmdəki yerinin və mövqeyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, milli maraqlarımaza xidmət edən siyasətdir”.
foto-ilya-2
Millət vəkili onu da bildirib ki, məhz bu uzaqgörən və milli maraqlara söykənən siyasət nəticəsində son dövrlərdə Azərbaycanla Avropa ittifaqı (Aİ) arasına münasibətlər yeni  əməkdaşlıq mərhələsinə qədəm qoyub:
“Prezident  İlham Əliyev xarici siyasətlə bağlı hər zaman bir fikri səsləndirib ki, Azərbaycan bütün dünya ölkələri, təşkilatlar və qurumlarla qarşılıqlı maraqlara uyğun bərabərhüquqlu tərəfdaşlıq münasibətlərində maraqlıdır . Yəni, qarşılıqlı maraqlara söykənən əlaqələr qurmaq istəyir. Azərbaycan heç bir halda  kiminsə diqtəsi  ilə siyasət həyata keçirmir və siyasətini buna uyğun qurmur. Azərbaycan heç bir güc mərkəzinin maraqlarını ifadə edən platsdarm  rolunu oynamır. Aİ ilə münasibətlərin qurulmasında da  bu siyasət  buna söykənir”- deyə, millət vəkili vurğulayıb.
A.Quliyev  bildirib ki, bir neçə il öncə Avropa qurumlarının  və Aİ-yə  üzv olan  bir sıra ölkələrin Azərbaycana qarşı haqsızlıqları olub.
foto-ilya-1
“Hətta, Azərbaycan Prezidenti o zaman  bəyan etmişdi ki, bu münasibət  təkcə Azərbaycanın deyil, eyni zamanda,  həmin dövlətlərin və qurumların milli maraqlarına ziddir. Artıq Aİ  3-4 ildən sonra Azərbaycan Prezidentinin irəli sürdüyü tezisin həqiqət olduğunu sübut etdi.
Məhz bundan sonra Aİ Azərbaycanla bərabərhüquqlu səviyyədə əməkdaşlıq qurmaq barədə razılığa gəldi. Artıq Aİ  Azərbaycanı özünə qarşılıqlı əməkdaşlığa söykənən partnyor kimi qəbul edir. Aİ artıq anlamağa başlayıb ki, Azərbaycan  həm bölgədə, həm də Avropada  çox mühüm rola malikdir. Azərbaycanın bu əhəmiyyətini  qəbul edən Aİ  bərabərsəviyyəli,  qarşılıqlı maraqlara söykənənsaziş imzalamaqda  maraqlıdır”- deyə, millət vəkili vurğulayıb.
İmzalanacaq sazişin əhəmiyyətindən danışan millət vəkili bildirib ki,  Azərbaycan bir neçə il bundan öncə Aİ ilə assosiativ saziş imzalanması məsələsində fikir ayrılığı yarandığından bu məsələdən imtina etdi.
“Çünki bu saziş Azərbaycanın maraqlarına cavab vermirdi. Ona görə ki, bu sazişdə Azərbaycanın maraqlarını nəzərə almayan bir neçə müddəalar var idi. Onlardan biri və əsası  Azərbaycanın ərazi bütövlüyüni, suverenliyini şübhə altında qoyan müddəalar var idi. Azərbaycan da haqlı olaraq belə bir sənədi imzalamaqdan imtina etdi. Aİ də artıq  bu sənədin üstündən 3-4 il keçəndən sonra Azərbaycanın haqlı olduğunu və əhəmiyyətini etiraf edərək, münasibətləri yenidən qurmağa çalışır.
Aİ ilə münasibətləri yeni mərhələdə qurmaq niyyətindədir. Azərbaycanın Aİ ilə imzalamaq istədiyi  saziş maraqlarımıza uyğundur. Hazırda Aİ ilə Azərbaycan arasında  münasibətlər  yetərincə normallaşıb  və bundan  sonra da qarşılıqlı  maraqlara xidmət edən  addımlar atılacaq”- deyə, A. Quliyev bildirib.
Mürtəza
Gununsesi.info