Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyanın iclasının keçiriləcəyi tarix bəlli oldu

  • By admin
  • 15 Dekabr 2017 20:45

“Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur”.

Gununsesi.info xəbər verir ki, bunu  Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana deyib.

Səfirin sözlərinə görə, ölkələr siyasi, ticarət və investisiya, təhsil və mədəni sahələr daxil olmaqla bir çox sahələrdə fəal əməkdaşlıq edir: “Gələn il Azərbaycan və Hindistan  arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək. İclas Hindistanda baş tutacaq “.

Səfir vurğulayıb ki, Hindistan və Azərbaycan bir-biri ilə güclü, fəal və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək niyyətinə sadiqdir.

Gununsesi.info