Azərbaycan- İran  birgə Dövlət Komissiyasının həmsədri Bakıya gəlir

  • By admin
  • 18 Noyabr 2016 17:16
vaezi 
Azərbaycan- İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycana səfərə gələcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri  noybarın sonunda reallşacaq.
Səfər zamanı  iranlı nazir Azərbaycan prezidenti İlham Əliyev, İqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilərlə görüşəcək.
Keçirilən görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı perspektivləri, o cümlədən bölgədə baş verən proseslər müzakirə olunacaq. Səfər zamanı  həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.  Görüşlərdə əsas diqqət Azərbaycanla iran arsında dəmiryolu tikintisi, xüsusən də Azərbaycanın İran ərazisində dəmiryol çəkilinə qoyacağı investisiya məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.
Həmsdərin səfəri zamanı eyni zamanda bu ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Mürtəza
Gununsesi.info