“Azərbaycan İranın yaxşı qonşusudur” - MƏHƏMMƏD CAVAD ZƏRİF

  • Müəllif: admin
  • 01 Dekabr 2017 12:13

“İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

“Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik”, – deyə nazir vurğulayıb.

Gununsesi.info