Azərbaycan istehsalı olan daha bir məhsulun dəmir yolu ilə ixracına başlanılıb

  • By admin
  • 13 İyul 2021 12:40

Dəmir yolu xətti ilə Azərbaycanda istehsal olunan sementin xaricə nəqlinə başlanılıb.

Gununsesi.info “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən Oxu.Az-a verilən məlumata istinadən xəbər verir ki, qurum ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

Yerli şirkət tərəfindən istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verilib. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.

Qeyd edək ki, bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay dörd belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur.