Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

  • By admin
  • 23 Noyabr 2022 09:04

Futbol üzrə Azərbaycan Kubokunda bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçiriləcək.

İlk matçlar saat 14:00-da start götürəcək. “Mingəçevir” “Zirə”ni, “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Birinci oyunun qalibi 1/4 finalda “Neftçi” ilə, növbəti görüşün güclüsü isə “Turan Tovuz”la üz-üzə gələcək.

Günün və mərhələnin sonuncu qarşılaşmasında “Sabah” “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Bu cütün qalibi isə növbəti raundda “Səbail”ə rəqib olacaq.

Azərbaycan Kuboku, 1/8 final

23 noyabr (çərşənbə)

“Mingəçevir” – “Zirə”
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)

“Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarında “Səbail” MOİK-i 4:0, “Turan Tovuz” “Şamaxı”nı 1:0, “Qəbələ” isə “Araz Naxçıvan”ı 5:0 hesabı ilə üstələyib.

Gununsesi.info