Azərbaycan-Lüksemburq matçında ermənilər təxribata əl atıb – FOTOLAR

  • By admin
  • 04 Sentyabr 2021 18:11

Sentyabrın 1-i DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb.

 

Gununsesi.info  xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

 

Bunu görən Azərbaycan milli yığmasının və “Sumqayıt” FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, həmin bayrağı onların əlindən alıb.

 

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info