Azərbaycan məhsulları “Amazon” və “eBay”da SATILIR

  • By admin
  • 02 Fevral 2022 11:47

Azərbaycanda istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları Azexport.az portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim edilib.

Gununsesi.info-nun məlumatına görə, ilkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub. Bu platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcuddur.

Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala Azexport.az portalına müraciət edə bilərlər.

Gununsesi.info