Azərbaycan – Makedoniya: HAKİMLƏR BƏLLİ OLDU

  • By admin
  • 13 Aprel 2017 12:02

unnamed (3)
Aprelin 13-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, oyun Bakı vaxtı ilə saat 17:00-da “Dalğa Arena”da keçiriləcək.

“Dalğa Arena”da keçiriləcək oyunun baş hakim Ziya Nəsirov, yan hakimlər Mübariz Haşımov, Zeynal Zeynalov, dördüncü hakim isə Emin Nağıbəyov təyin olunub.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.

Anar
Gununsesi.info