“Azərbaycan mediası artıq beynəlxalq səviyyəli tədbirlərin işıqlandırılmasında təcrübə qazanıb” -ƏHMƏD İSMAYILOV

“İctimai proseslərin media müstəvisində işıqlandırılması ilə bağlı bu Forum dövlət, media və cəmiyyət arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir”.

Gununsesi.info bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında etdiyi çıxışda bildirib:

“Azərbaycan mediası artıq beynəlxalq səviyyəli tədbirlərin işıqlandırılmasında geniş təcrübə qazanmışdır”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkə mediası geniş fəaliyyət göstərmiş, qlobal informasiya mühitində aktiv iştirak etmişdir. Bu təcrübə göstərdi ki, dövlət, media və cəmiyyət arasında əməkdaşlıq böyük beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsinə imkan yaradır.

Eyni yanaşmanın WUF13 çərçivəsində də davam etdiriləcəyi gözlənilir. Forum çərçivəsində rəqəmsal mühitdə yaranan risklər, zərərli məlumatlara qarşı mübarizə, süni intellekt və yenilikçi yanaşmalar kimi mövzular müzakirə ediləcəkdir“.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.

 

Şəbnəm

Gununsesi.info