Azərbaycan milli komandası İrlandiya yığmasına uduzub

  • By admin
  • 05 Sentyabr 2017 21:55

topumuz
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, V qrupda çıxış edən yığma ikinci matçında İrlandiya kollektivini qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda səfərdə keçirdiyi ilk görüşdə İsrailə də 1:3 hesabı ilə uduzub.
Avropa çempionatı, seçmə mərhələ
V qrup
5 sentyabr

Azərbaycan – İrlandiya 1:3
Qollar: Mahir Mədətov, 12 – Rayan Maninq, 9, 36. Riis Qreqo-Koks, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53
Baş hakim: Sandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke
Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya, Kosova – 9, İsrail – 3, Norveç, Azərbaycan, Almaniya – 0.

 

Gununsesi.info