Azərbaycan millisinin heyətində dəyişiklik

  • By admin
  • 26 İyul 2022 12:51

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Gununsesi.info AFFA-nın saytına istinadla xəbər verir ki, “Zirə” klubunun qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandaya cəlb olunduğundan millinin düşərgəsini tərk edib. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb olunub.

Gununsesi.info