Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

  • By admin
  • 07 İyun 2023 09:39

“Azeri Light” markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,96 ABŞ dolları, yaxud 1,21 % azalaraq 78,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info