Azərbaycan nefti bahalaşdı

  • By admin
  • 14 İyul 2021 12:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 76,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 76,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.