Azərbaycan nefti bahalaşdı

  • By admin
  • 13 Yanvar 2023 09:50

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları, yaxud 3,55 % artaraq 90,63 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 84,03 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Gununsesi.info