Azərbaycan nefti bahalaşıb

  • By admin
  • 17 Fevral 2023 11:07

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,88% artaraq 87,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Gununsesi.info