Azərbaycan nefti bahalaşır

  • By admin
  • 18 Sentyabr 2020 13:30

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 43,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 42,42 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.

 

 

Gununsesi.info