Azərbaycan nefti bu gün də ucuzlaşdı

  • By admin
  • 02 Fevral 2023 09:51

“Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları, yaxud 1,28 % azalaraq 86,41 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info