Azərbaycan nefti bu qiymətə satılır

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti 1,19 dollar azalaraq 83,6 dollar olub.

Xatırladaq ki, 2022-ci il ərzində “Azeri Light” markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Gununsesi.info