Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,09 ABŞ dolları və ya 0,1 faiz azalaraq 84,05 dollara çatıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info