Azərbaycan nefti kəskin UCUZLAŞDI

  • By admin
  • 10 Mart 2022 10:53

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,5% və ya 8,87 dollar azalaraq 127,12 dollar təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Gununsesi.info