Azərbaycan neftinin qiyməti 100 dollara YAXINLAŞDI

  • By admin
  • 05 Fevral 2022 12:14

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 ABŞ dolları, yaxud 4,45 % artaraq 99,30 ABŞ dollarına çatıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Gununsesi.info