Azərbaycan neftinin qiyməti 86 dolları ötdü

  • By admin
  • 09 Fevral 2023 09:40

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,99 ABŞ dolları və ya 1,16% artaraq 86,33 dollara yüksəlib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info