Azərbaycan neftinin qiyməti 92 dolları keçdi

  • By admin
  • 20 Yanvar 2022 10:21

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,93 dollar artaraq 92,49 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 19-da (90,56) qeydə alınmışdı.

Gununsesi.info