“Azərbaycan önəmli tranzit ölkəyə çevrilib” -İlham Əliyev

  • By admin
  • 17 Yanvar 2023 21:00

“Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşü zamanı bildirib.

Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını deyib.

Gununsesi.info