Azərbaycan Ordusunun karvanı Laçın dəhlizindən KEÇDİ

  • By admin
  • 22 Mart 2021 10:15

Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

“Sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparır, vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərirlər”, – məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, rus sülhməramlıları martın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

“Karvanın dördü – şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa- Qırmızı Bazar- Qacar marşrutu və biri əks istiqamətdə müşaiyət olunub”.

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 15 hektar ərazi, 5 km yol təmizlənib.

Bu günə kimi 1739 hektar ərazi, 541 km yol, 1616 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.349 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Gununsesi.info