“Azərbaycan-Özbəkistan əməkdaşlığı uğurla inkişaf edir. Onun sözlərinə görə, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı İlyas Hüseynov bildirib.
İqtisadçı qeyd edib ki, SOCAR-ın uzun illər ərzində əldə etdiyi təcrübədən Özbəkistanda da istifadə olunur. Onun sözlərinə görə, Özbəkistanın neft-qaz sahəsində geniş imkanları mövcuddur.
İlyas Hüseynov Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsinin və uzun illər ərzində neft-qazın nəqli istiqamətində əldə etdiyi təcrübənin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
O bildirib ki, Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı, eyni zamanda, Türk dövlətləri arasında inteqrasiyanın, yəni qarşılıqlı əlaqələrin daha da güclənməsinə və fəallaşmasına mühüm töhfə verir.
Afət











