Azərbaycan Portuqaliyada səfirlik açacaq.
Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.












