Azərbaycan Premyer Liqası: 35-ci tura dörd oyunla yekun vurulur

  • By admin
  • 22 May 2023 09:56

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.

“Turan Tovuz” “Səbail”i, “Şamaxı” “Qəbələ”ni, “Sabah” “Zirə”ni, “Qarabağ” isə “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun bir oyunu dünən keçirilib. “Neftçi” səfərdə “Kəpəz”dən üstün olub – 3:1.

Xatırladaq ki, “Qarabağ” artıq ötən tur çempionluğu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası

35-ci tur

22 may (bazar ertəsi)

“Turan Tovuz” – “Səbail”

Tovuz şəhər stadionu, 16:30

“Şamaxı” – “Qəbələ”

Şamaxı şəhər stadionu, 16:30

“Sabah” – “Zirə”

“Bank Respublika Arena”, 16:30

“Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”, 16:30

Gununsesi.info