Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

  • By admin
  • 06 Noyabr 2022 09:22

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə 31 xalla 2-ci pillədə qərarlaşan “Sabah” 10 xalla 7-ci sırada gedən “Səbail”in qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunun 7-də Murad Musayevin baş məşçqi olduğu komanda, 5-də “dənizçilər” qələbə qazanıb. 4 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də qonaqların xeyrinədir – 18:13.

“Sabah” son 4 görüşdə qol buraxmayıb. Son 7 matçda qol vuran tərəf qalib gəlib.

Turun son matçında isə “Qarabağ” “Azersun Arena”da “Kəpəz”i sınağa çəkəcək. Hazırda “köhlən atlar” 11 oyundan məksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. 8 xalı olan “sarı-göylər” isə 8-cidir.

Komandalar bunadək Premyer Liqada 50 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə Ağdam klubu 27, Gəncə təmsilçisi 14 dəfə qalib gəlib. 9 görüş heç-heçə yekunlaşıb. Topların fərqində də son Azərbaycan çempionu üstündür – 68:54.

“Qarabağ” ardıcıl 8 qələbə qazanıb. “Kəpəz” son 5 görüşdə qol vurmayıb.

Azərbaycan Premyer Liqası

XIII tur

6 noyabr (bazar)

15:00. “Səbail” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”.

19:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1, “Qəbələ” evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Sumqayıt” – “Neftçi” matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Gununsesi.info