Azərbaycan Premyer Liqasının püşkü atılacaq

  • By admin
  • 15 İyul 2022 12:47

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

Gununsesi.info xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.

Son 6 mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail” komandaları ilə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Gununsesi.info