Azərbaycan qatarında doğuş - Oğlan uşağı dünyay gəldi (FOTO)

  • By admin
  • 30 İyun 2016 18:57

dogus

 

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova vəŞeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.

Gununsesi.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov trend.az-a deyib ki, sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gəlib.

Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

“Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər.

Gununsesi.info