Azərbaycan Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Astana Beynəlxalq Maliyyə Mərkəzi”nin rəhbəri Kairat Kelimbetov ilə görüşüb.

Məlumata görə, nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlığı, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə ticarət, nəqliyyat–tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı, Ələt Azad İqtisadi Zonasının investisiya imkanlarının təşviqi üzrə birgə fəaliyyət imkanları diqqətə çatdırılıb.

K.Kelimbetov əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər Transxəzər dəhlizi çərçivəsində tərəfdaşlığın genişləndirilməsi, Azərbaycanın maliyyə institutları ilə “Astana Beynəlxalq Maliyyə Mərkəzi” arasında əməkdaşlıq və s. məsələləri müzakirə ediblər.

Gununsesi.info