“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun QƏBUL EDİLDİ

  • By admin
  • 18 Noyabr 2022 11:45

Milli Məclisdə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, qanun layihəsi birinci oxunuşda müzakirələrdən sonra qəbul olunub.

Qeyd edək ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü ildə 246 manat təşkil edəcək. Əmək qabiliyyətli əhali üçün bu məbləğ 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat təşkil edəcək.

Gununsesi.info