Azərbaycan riskə gedir -QUBAD İBADOĞLU

  • By admin
  • 13 Dekabr 2016 10:29

qubad
Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu özünün “facebook” səhifəsində yazıb.

Q.İbadoğlu deyir ki, əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barrel aşağı salarsa bu o deməkdir ki, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər: “Bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq. Rəsmi məlumatlarda bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyita gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər.

Odur ki, bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyəəd tarazlaşmasından asılı olacaq. Belə ki, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barrelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda miqdardan itirdiklərindən çox ola bilər. Əks təqdirdə, miqdarın itkinisi qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir”.

Anar
Gununsesi.info