Azərbaycan rus turistlərin Yeni il tətili üçün səfər etdikləri ölkələr arasında ilk üçlükdədir

  • By admin
  • 02 Yanvar 2022 22:03

Azərbaycan rus turistlərin Yeni il tətili üçün səfər etdikləri ölkələr arasında ilk üçlükdədir.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ozon Travel” səyahət planlaşdırma xidməti məlumat yayıb.

Qeyd edilir ki, son bir ildə xidmətin müştəriləri arasında ən populyar xarici istiqamətlər Türkiyə – İstanbula, Antalyaya və BƏƏ – Dubay, habelə MDB ölkələri olub. Bu, 2022-ci ildə Yeni il tətilləri üçün tendensiyaya da aiddir. Belə ki, xarici səyahət istiqamətlərinin əksəriyyəti Türkiyə, Ermənistan və Azərbaycana yönəlib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq turizm agentlikləri seqmentində tələbin ümumi azalmasına baxmayaraq, səyahətçilər tədricən pandemiyadan əvvəlki tempə qayıdırlar. “Ozon Travel” əlavə edib ki, Rusiya daxilində səyahətə olan tələbat artıq 2019-cu ilin göstəricilərinə yaxınlaşıb və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox rusiyalı cari tətil üçün xaricə uçub.

Rusiyanın səyahət turu operatorlarının araşdırmasına görə, 2022-ci ilin yeni il tətilində rusiyalı turistlərin bəziləri ölkə daxilində səyahətə üstünlük veriblər. Məsələn, Moskva və Sankt-Peterburq yanvar ayında ən populyar istiqamətlər kateqoriyasında lider olub. Xarici marşrutlar arasında ən çox MDB ölkələri maraq doğurub.

 

Gununsesi.info