Azərbaycan Rusiya MN-dən xahiş edir: Xarici ölkə avtomobillərini Qarabağa buraxmayın

  • By admin
  • 12 Sentyabr 2021 19:06

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya məktub göndərdi.
Azərbaycan başqa ölkələrin maşınlarının icazəsiz ölkəyə daxil edilməsinə qarşıdır.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə məktub ünvanlayıb.
Nazirlik məktubda digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsini qeyd edərək bildirib ki, bu kimi hallar Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub:
“Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri ölkə ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”.

Gununsesi.info