Azərbaycan-Rusiya sərhədi bu tarixədək bağlı olacaq

  • By admin
  • 18 Dekabr 2020 19:47

“Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq”

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: “Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir”.

Gununsesi.info