“Azərbaycan Rusiyanın demarkasiya ilə bağlı təklifini dəstəkləyib” – ƏLİ ƏSƏDOV

  • By admin
  • 30 May 2021 18:50

“Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib”.

Gununsesi.info  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov mayın 28-də Minskdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

Baş nazir bildirib:

“Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”.

Ə.Əsədov deyib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib.

Qeyd edilib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.

Gununsesi.info