Azərbaycan səfiri Türkiyə hərbi bazasında - FOTOLAR

  • By admin
  • 06 Dekabr 2022 22:03

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkənin Batman şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin ilk və yeganə Pilotsuz Hava Sistemləri Baza Komandanlığını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir polkovnik İhsan Kaplanla görüşdə Azərbaycan-Türkiyə qardaşlığı müzakirə edilib.

Gununsesi.info