Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi

  • By admin
  • 29 İyul 2020 09:45

Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib. 

Gununsesi.info xəbər verir ki, müraciətdə Vətənə qayıtmaq istəyən soydaşlarımızın koronavirusa qarşı verdikləri test nəticələrinin cavablarının bu gün səhər yerli vaxtla 07:00-da elan ediləcəyi bildirilib.

Qeyd edilib ki, test nəticələri neqativ olan şəxslər saat 10:00-da Tbilisidəki səfirliyimizin binası önündən xüsusi ayrılmış ödənişsiz avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə çatdırılacaq. 

Bildirilib ki, COVID pasportu əldə etmiş şəxslər şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilərlər.

Gununsesi.info