Azərbaycan səfirliyinə silahlı hücumun VİDEOSU

  • By admin
  • 27 Yanvar 2023 12:20

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, İran vətəndaşı Yasin Hüseynzadə səfirliyin binasına daxil olaraq, təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki nəfər xəsarət alıb.

Hadisəni törədən şəxsin saxlanıldığı, hadisə barədə araşdırma aparıldığı bildirilir.

Azərbaycan səfirliyinə hücumun ilk görüntülərini təqdim edirik:

Gununsesi.info