Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var – RƏSMİ

  • By admin
  • 16 İyul 2020 15:19

“Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var”.

Gununsesi.org-un məlumatına görə, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

 Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır:

“Bu gün dörd mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir”.

Gununsesi.org